Volta Kazino İcmalı
Regionunuzda mövcud olan kazinoları yoxlayın
Vulkanbet Casino
Kazino sizin ölkədə mövcud deyil
| Sahibi | Agenics N.V. |
| Qurulduğu tarix | 2019 |
| Lisenziya | Curaçao No. OGL/2024/1309/0602 |
| Oyunların sayı | 10 000+ |
| Ən yaxşı oyunlar | Wild Hot 40, Aviator, Sun of Egypt 2, Sky of Olympus, 3 Pots of Luck |
| Proqram təminatçıları | Playson, 3 Oaks Gaming, Pragmatic Play, Belatra, Amatic, Play’N GO, Gamzix və 100 digəri |
| Qəbul edilən ölkələr | Azərbaycan, Qazaxıstan, Rusiya |
| İcra müddəti | 0-72 saat |
| Maksimum Cekpot | 235000 AZN |
| Qəbul edilən valyutalar | Azərbaycan Manatı, Qazaxıstan Təngəsi |
| Ödəniş üsulları | Visa, Mastercard, Kartdan Karta, USDC, Bitcoin, Ethereum və s. |
| Ödəniş % | 97,12% |
| Ən az depozit | 10 AZN |
| Ən çox depozit | 5.000 AZN |
Volta Kazino 2019-cu ildən etibarən Agenics N.V. menecmenti altında onlayn kazino bazarına daxil olmuş yeni nəsil oyun platformasıdır. Hazırda Azərbaycan və Qazaxıstanda fəaliyyət göstərən Volta, irəliləyən illərdə başqa bazarlarda da rəqabətə qoşulmağı gözdən keçirir. Kazino Curaçao lisenziyası ilə xidmət göstərir və daha çox slot və canlı kazino oyunları üzrə ixtisaslaşıb. Onlar yerli oyunçular üçün Azərbaycan dilində dəstək xidməti, AZN ilə əməliyyatlar və yerli ödəniş üsulları ilə lokallaşdırılmış xidmətlər təklif edirlər.

Mövcud Oyunlar
Girişdə qeyd etdiyimiz kimi, Volta-nın oyun kataloqu daha çox slot və canlı kazinolardan təşkil olunub. Ancaq bu o mənaya gəlmir ki, platformada başqa oyun növlərinə yer verilməyib. Xeyr, burada əksər məşhur kazino oyun növlərini tapmaq mümkündür. Məsələn:
- Slotlar
- Canlı kazino
- Stolüstü oyunlar
- Plinko
- Crash oyunları
- Lotereya oyunları
Kazino özü oyun sayını açıqlamasa da, bizim təhlilimizə əsasən Volta Casino təxminən 10000 oyuna ev sahibliyi edir. Nəzərə almaq lazımdır ki, sayta daxil olduğunuz ölkədən asılı olaraq, bu say dəyişiklik göstərə bilər.
Mövcud oyunlar
Müsbət və Mənfi Tərəflər
Hər nə qədər Volta Cazino keyfiyyətli kazino olsa da, onun da çatışmayan cəhətləri mövcuddur. Bu icmal boyunca saytın bütün cəhətlərini diqqətlə analiz edəcəyik, amma öncə, gəlin, onun əsas müsbət və mənfi cəhətlərinə qısaca bir nəzər salaq.
Müsbət Tərəfləri
-
Curaçao lisenziyası və yüksək təhlükəsizlik
-
Tanınmış provayderlərdən minlərlə oyun
-
Android və iOS üçün uyğunlaşdırılmış veb-sayt
-
Sürətli və komissiyasız depozitlər
-
İlk depozit üçün əla xoş gəldin bonusu
-
Professional dəstək xidməti
Mənfi Tərəfləri
-
Aylıq çıxarış limitləri nisbətən aşağıdır
-
İdman mərcləri yoxdur
-
Saytın qaydaları Azərbaycancaya tərcümə edilməyib
Oyun Kataloqu
Volta Casino oyun seçimləri çoxşaxəlidir. Yəni hər oyun növünə aid müxtəlif seçimlər tapmaq olar. İstifadəçilər istədikləri oyunu axtarış funksiyası sayəsində və ya provayderə görə filtrləyərək tapa bilərlər. Oyunlar müxtəlif kateqoriyalar üzrə “Slotlar”, “Cekpotlar”, “Crash” və sair olaraq ana səhifədə siyahılanıb. Ən məşhur oyunları isə “Populyarlar” başlığı altında incələyə bilərsiniz.
Populyar Slotlar
3 çarxlı klassiklər, yoxsa müasir qrafikalı slotlar? Megaways, yoxsa Bonus Buy slotları? Seçimləri nə olursa olsun, slot həvəskarları burada özlərinə uyğun yetəri qədər seçimlər tapa bilərlər. Məşhur seçimlər arasında Sweet Bonanza, Aviator, Sun of Egypt 2 kimi slotlar var. Slotları mütləq çoxluğu demo rejimdə oynamaq üçün əlçatandır.
Digər məşhur slots
Lisenziya və Provayderlər
Volta Casino oyun kataloqunun ərsəyə gəlməsi toplam 106 provayderin qatqıları hesabına başa gəlir. Bu geniş kataloqda Playson, 3 Oaks Gaming, Pragmatic Play, Evolution Gaming və digər isimlər yer alır. Hər bir provayder MGA, UKGC kimi qurumlar tərəfindən lisenziyalıdır və oyunları müvafiq şəffaflıq sertifikatı ilə təmin olunub.
Əlbəttə, Volta Cazino özü də Curaçao tərəfindən verilmiş uyğunluq lisenziyasına sahibdir. Bu lisenziya kazinonun ədalətli və şəffaf oyunlar təşkil etdiyinin və oyunçulara təhlükəsiz bir oyun mühiti təqdim etdiyinin sübutudur. Odur ki, burada oynayarkən oyun nəticələrinin ədalətli olduğuna əmin ola bilərsiniz.

Casino Volta Bonus və Promosyonları
Yeni istifadəçilər üçün xoş gəldin bonusu, sadiq oyunçular üçün keşbek, VIP club, promo kodlar və daha çoxu Volta Casino bonus proqramında sizi gözləyir. Təkliflər ümumilikdə səxavətliliyə ilə seçilirlər ki, aşağıda bunu özünüz də görə biləcəksiniz. Kazinonun ən yeni təkliflərindən xəbərdar olmaq üçün isə tez-tez rəsmi veb-saytda “Bonuslar” bölməsini ziyarət etməyiniz tövsiyə olunur.
Xoş Gəldin Bonusu
Yeni oyunçular üçün Volta-nın təklifi toplamda 320% bonus + 500 FS-dən ibarətdir. Bonus istifadəçiyə ilk 3 depoziti üzrə verilir və hər depozitdə maksimum 650 AZN-dək bonus əldə etmək mümkündür. Frispin bonusları isə üçüncü depozitdən etibarən aktiv olur.
Xoş gəldin bonusu aktivləşdirmək üçün istifadəçi ən azı 10 AZN hesabına pul yatırmalıdır. Bonusu real pula çevirmək üçün x50 mərc tələbini qeyd edilən müddət ərzində tamamlamaq lazımdır. İstifadəçi yalnız bonusun 3 misli qədər uduşu nağd pula çevirə bilər.

Sadiq Oyunçular üçün Bonuslar
Volta Kazinonun sadiq oyunçular üçün əsas təklifi VIP klubdur. Toplam 5 səviyyədən ibarət olan bu proqramda, hər səviyyədə oyunçuları artırılmış keşbek dərəcəsi gözləyir. Status yüksəldikcə, həmçinin şəxsi menecer, özəl hədiyyələr və prioritet çıxarış imkanı kimi əlavə imtiyazlar qazanırsınız.
Ancaq platformada aktiv oyunçuların qazana biləcəyi yeganə təklif bu deyil. Əgər aktiv Volta Kazino oyunçususu olmaq aylıq keşbek, pulsuz fırlatmalar və təkrar yatırım bonusları qazanmaq fürsətinə sahibsiniz deməkdir.
Mərc Tələbli Bonuslar və Promosyonlar
Volta Kazino-da təqdim olunan bonus və promosyonların böyük əksəriyyəti mərc tələbi ilə birlikdə gəlir. Bu tip təkliflərdən əldə edilən vəsaiti çıxarmaq üçün əvvəlcədən müəyyən edilmiş dövriyyəni yerinə yetirmək lazımdır. Adətən bu prosesdə slot oyunları əsas rol oynayır və onların töhfəsi 100% hesablanır. Digər oyun kateqoriyalar, məsələn, canlı kazino oyunlaı, ya qismən nəzərə alınır, ya da ümumiyyətlə mərc tələbinə daxil edilmir.
Mərc Tələbləri
Mərc tələbi bonus məbləğinin neçə dəfə dövriyyəyə salınmalı olduğunu göstərən əsas qaydadır. Məsələn, x30 veycer o deməkdir ki, bonus və ya bonusdan əldə edilən uduşu çıxarmaq üçün həmin məbləği 30 dəfə mərc etməlisiniz. Bu şərt yerinə yetirilmədiyi halda, bonus balansındakı vəsaiti çıxarmaq mümkün olmur. Yalnız bütün mərc tələbləri tamamlandıqdan sonra uduşlar real balansa köçürülərək çıxarış üçün əlçatan olur.
Azərbaycanlı Oyunçular üçün Xüsusi Bonuslar və Promosyonlar
Bu məqalənin yazıldığı an etibarilə casino Volta saytında azərbaycanlı oyunçuları hədəfləyən xüsusi bonus və ya promosyon təklifi mövcud deyildi. Buna rəğmən, kazinonun Azərbaycana özəl promo kod təklifləri ola bilər. Gələcəkdə Volta-nın azərbaycanlı oyunçulara eksklüziv bonuslar təklif etməsi də bir istisna deyildir. Hələlik isə mövcud təkliflərdən yararlanmağa davam edə bilərsiniz.
Volta Casino Qeydiyyat Prosesi
Volta-da qeydiyyatdan keçmək üçün istifadəçiyə iki üsul təklif olunur: E-poçt və telefonla qeydiyyat. İstədiyiniz üsulu seçib, sadəcə şifrə təyin etməklə hesabınızı yarada bilərsiniz. Ümumi proses 1 dəqiqədən belə az zaman alacaq. Lakin qeydiyyatdan sonra sənədlərinizi sistemə daxil edərək doğrulama prosedurunu tamamlamalısınız. Daha sonra balasınızı artırmağa və oynamağa başlaya bilərsiniz.
Volta Təhlükəsiz və Etibarlıdırmı?
Hər bir kazinonun nə qədər təhlükəsiz olub-olmadığını müəyyən edən önəmli siqnallar var və biz hər icmalda bunları nəzərdən keçiririk. Volta Casino icmalı üçün də istisna pozmadıq, əlbəttə. Ondan başlayaq ki, kazinonun saytı ənənəvi HTTPS şifrələmə texnologiyası ilə qorunur. Yəni saytda məlumat axını təhlükəsiz şəkildə baş tutur.
Burada oyun provayderləri siyahısında hər hansı lisenziyasız və ya fırıldaqçı isimə rast gəlmədik. Oyunlar həqiqətən də etibarlı və ədalətli oyun sertifikatına sahib olan provayderlərdən təmin olunur.
Volta həmçinin, çirkli pulların yuyulmasına və saxtakarlığa qarşı mübarizə çərçivəsində KYC (Müştərini Tanı) prosedurunu həyata keçirir. Bu, kazinonun lisenziya sahibi olduğu yuridiksiyanın tələblərindən irəli gələn hüquqi mexanizmləri tətbiq etdiyinin göstəricisidir. Ümumilikdə isə Volta-nın təhlükəsiz bir seçim olduğunu oxucuların diqqətinə çatdırmağa yetəri qədər əsasın olduğuna inanırıq.
Müştəri Xidmətləri
Lazım olduğunda dəstək xidmətinin əlçatan olması hər kəsin arzuladığı bir şeydir. Volta-da bu sadəcə bir arzu olaraq qalmır, çünki istifadəçilər müxtəlif kanallar vasitəsilə 24/7 operatorlarla əlaqə saxlaya bilirlər. Dəstək xidmətindən yardım almaq üçün bu üsullardan birini istifadə edə bilərsiniz:
- Canlı çat: 24/7
- Telefon: +7 (707) 488-05-86
- E-poçt: [email protected]
Müşahidələrimiz ona deməyə əsas verir ki, Volta Kazino dəstək xidməti olduqca operativ xidmət göstərir. Canlı çatda suallar və müraciətlər əksərən 2 dəqiqədən az müddətdə cavablandırılır. Həqiqətən işini bilən mütəxəssislər sizə hər məsələdə kömək etməyə hazırdır.

Ödənişlər
Volta ödənişləri – istər depozit, istərsə də çıxarışları Azərbaycan Manatı ilə qəbul edir. Burada Visa, MasterCard, Kartdan Karta köçürmə və çeşidli kriptovalyuta üsulları vasitəsilə həyata keçirmək olur. Ödəniş üsulları ilə bağlı əsas detalları və necə depozit (çıxarış) edə biləcəyinizi aşağıda izah edirik.
Depozit Üsulları
Daha əvvəllər onlayn kazino tərcübəniz yoxdursa belə, Volta-da depozitinizi asanlıqla eəd biləcəksiniz. Çünki proses olduqca istifadə dostçu tərtibata sahibdir. Balansınızı artırmaq üçün:
- Volta Casino giriş edin və ekranda pulqabı düyməsini klikləyin.
- İstədiyiniz ödəniş üsulunu seçin və depozit məbləğini yazın.
- Növbəti səhifədə kart məlumatlarını (yaxud kripto cüzdan) daxil edin.
- Ekrandakı təlimatları izləyərək əməliyyatı tamamlayın.
Qeyd edək ki, minimum depozit limiti 10 AZN-dən başlayır və əməliyyatlar komissiyasızdır. Depozit üsullarının siyahısı ilə aşağıda daha ətraflı tanış ola bilərsiniz.
Ödəniş üsulu
| Logo | Name | İcra müddəti | Hər əməliyyat üçün limitlər |
|---|---|---|---|
|
|
VISA | Anında | 20 AZN / 5000 AZN |
|
|
MASTERCARD | Anında | 20 AZN / 5000 AZN |
|
|
BITCOIN | Anında | 10 AZN / 5000 AZN |
|
|
LITECOIN | Anında | 10 AZN / 5000 AZN |
|
|
ETHEREUM | Anında | 10 AZN / 5000 AZN |
|
|
RIPPLE | Anında | 10 AZN / 5000 AZN |
|
|
Solana | Anında | 20 AZN / 5000 AZN |
Çıxarış Üsulları
Volta-da çıxarış üsullarının siyahısı depozit üsullarına nisbətən az olsa belə, bütün əsas üsullar elə çıxarışlar üçün də əlçatandır. İstifadəçilər bu üsullardan hər hansı birini seçərək hesablarını artıra bilərlər:
- Rəsmi Volta kazino saytına gedin və ekranda pulqabı düyməsini klikləyin.
- Açılan səhifədə çıxarış düyməsinə basın.
- İstədiyiniz çıxarış üsulunu seçin və çıxarış məbləğini daxil edin.
- Ödəniş üsuluna bağlı detalları yazın və əməliyyatı tamamlayın.
Soğrunuza maksimum 24 saatına baxılacaqdır. Volta-da çıxarış limitləri və müddəti haqqında daha detallı aşağıdakı cədvəldə kəşf edə bilərsiniz.
Ödəniş üsulu
| Logo | Name | İcra müddəti | Hər əməliyyat üçün limitlər |
|---|---|---|---|
|
|
VISA | 2-8 saat | 20 AZN / 1500 AZN |
|
|
MASTERCARD | 2-8 saat | 20 AZN / 1500 AZN |
|
|
BITCOIN | 24 saat | 20 AZN / 15000 AZN |
|
|
ETHEREUM | 24 saat | 20 AZN / 15000 AZN |
|
|
Solana | 24 saat | 20 AZN / 50000 AZN |
Limitlər
Saytdakı depozit limitləri 10 AZN-dən 5000 AZN-dək aralıqda dəyişir. Çıxarış limitləri isə oyunçuların depozit tarixçəsindən və eləcə də, kazinodakı statusundan əhəmiyyətli dərəcədə asılıdır.
Əgər saytda depozit tarixçəniz 1700 AZN-dən azdırsa, günlük çıxarış limiti 850 AZN, aylıq çıxarış limiti 5100 AZN təşkil edir. Depozit tarixçəsi 1700 AZN-dən çox olanlar üçün günlük çıxarış limiti 1500+, aylıq çıxarış limiti 25500 AZN-dir. Gold, Platinium və VIP oyunçular üçün limitlər isə fərdi qaydada müəyyən edilir.
Volta Kazino Azərbaycanda Çıxarış Şərtləri
Çıxarış etmək üçün Volta Casino öncə hesabınızın doğrulanmasını tələb edir. 85 AZN-dək çıxarışlar dəhral həyata keçsə də, daha yuxarı vəsaitlərin çıxarışı seçilən üsula görə bir neçə saatdan bir neçə günə qədər dəyişə bilər. Əgər çıxarış məbləği 510 AZN-i aşarsa, Volta Casino istifadəçidən əlavə məlumatlar tələb etmək hüququnu özündə saxlayır. Nəzərə alın ki, çıxarışlar əvvəllər depozit etdiyiniz üsullardan biri ilə həyata keçirilməlidir.
Volta Casino Saytı və Tətbiqi
Sevimli oyunlarını telefonla getdiyin hər yerdən oynamaq istəyi qədər təbii heç nə ola bilməz. Volta öz istifadəçilərinə bu imkanı yaradır. Düzdür, hələlik mobil tətbiqləri yoxdur, amma elə mobil brauzerdən də sayta daxil olmaq və oyunları istər real pulla, istərsə də demo rejimdə sınamaq mümkündür.
Volta mobil kazinoda siz eynən veb-saytda olduğu kimi, depozit və çıxarışlarınızı edə, o cümlədən, bonuslar əldə edə bilərsiniz. Bir növ saytın mobil versiyasının kompüter versiyasının bütün xüsusiyyətlərini özündə cəmləşdirdiyi kiçik ekran olduğunu deyə bilərik.
Volta Kazinoda Oyunçu Qorunması və Məsuliyyətli Oyun
Məsuliyyəti Oyun dedikdə, mərc platformalarının oyunçuların qorunması üçün həyata keçirdiyi preventiv tədbirlər nəzərdə tutulur. Bütün lisenziyalı platformalar kimi, casino Volta da bu siyasətə sadiqliyi nümayiş etdirir. Onlar yalnız 18 yaşdan yuxarı oyunçulara xidmət göstərir və azyaşlılara xidmət göstərmirlər.
Eyni zamanda, istifadəçilərə hesablarını müvəqqəti yaxud daimi bloklamağa icazə verən “Özünü kənarlaşdırma” aləti təqdim edirlər. Hər icmalda qeyd etdiyimiz kimi, bu Volta Casino icmalı vəsiləsilə bir daha istifadəçiləri şans oyunlarını məsuliyyətli oynamağa dəvət edirik.
Yekun Rəy
Volta Azərbaycan bazarı üçün həqiqətən yaxşı bir seçim kimi önə çıxır. Baxmayaraq ki, müəyyən məqamlarda daha yaxşı performans göstərə bilərdilər, yenə də ümumi mənzərə ürəkaçıcıdır. Bol oyunlar və bonuslarla əyləncəli bir oyun platforması axtarısınızsa, Volta bu şans haqq edir! İndi qeydiyyatdan keçərək real pulla və ya demo rejimdə oyunları sınamağa başlaya bilərsiniz.
Tez-tez verilən suallar
Bəli, Volta Casino təhlükəsizlik baxımından bütün müasir standartlara cavab verir. Sayt HTTPS şifrələmə texnologiyası ilə qorunur və istifadəçi məlumatları təhlükəsiz şəkildə saxlanılır.
Bəli, casino Volta yalnız lisenziyalı provayderlə əməkdaşlıq edir, oyunları isə RNG sertifikatlıdır. Ümumiyyətlə, platforma minlərlə oyun, sürətli ödənişlər və stabil işləyən sistemi ilə istifadəçilər arasında etibarlı seçim kimi tanınır.
Volta-nın fırıldaqçı olduğunu demək üçün heç bir əsas yoxdur. Kazino nüfuzlu Curaçao eGaming tərəfindən verilən lisenziyaya malikdir və fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırır. Tərəfimizdən aparılan bu icmalda da onların fırıldaqçı olduğunu göstərən heç bir fakt aşkarlanmamışdır.
Platforma fəaliyyətini qanun çərçivəsində tənzimləyir və lisenziyaya da sahibdirlər. Buna rəğmən, fəaliyyətləri bəzi ölkələrin qanunvericiliyindən asılı olaraq qeyri-qanuni hesab oluna bilər. Ona görə də oynamışdan qabaq öz araşdırmanızı etməniz tövsiyə olunur.