Ultrapari Casino 2026
Regionunuzda mövcud olan kazinoları yoxlayın
Vulkanbet Casino
Kazino sizin ölkədə mövcud deyil
| Sahibi | Pestus Limited |
| Qurulduğu tarix | 2025 |
| Lisenziya | Anjouan No. ALSI-202411072-FI2 |
| Oyunların sayı | 10 000+ |
| Ən yaxşı oyunlar | Aviatrix, Chicken Road 2, Egypt Fire, 40 Shining Crown, Sweet Dream Bonanza |
| Proqram təminatçıları | Pragmatic Play, Evolution, Amusnet, EGT Digital, Spinomenal, Mancala Gaming və 104 digəri |
| Qəbul edilən ölkələr | Azərbaycan, Özbəkistan, Türkiyə, Pakistan, Misir, Banqladeş, Hindistan, Mərakeş və s. |
| İcra müddəti | 0-24 saat |
| Maksimum Cekpot | 1 755 000 AZN |
| Qəbul edilən valyutalar | AZN, USD, EUR, TRY, UZS, PKR, EGP, BDT və s. |
| Ödəniş üsulları | eManat, m10, Visa, Mastercard, Bitcoin, Ethereum və s. |
| Ödəniş % | 97,05% |
| Ən az depozit | 10 AZN |
| Ən çox depozit | 15.000 AZN |
Azərbaycan onlayn kazino bazarı böyüməyə davam etdikcə, yeni adlar da səhnəyə çıxmağa davam edir. Bugünkü icmalımız da məhz bu kazinolardan biri olan Ultrapari Casino-ya həsr olunur. Son dövrün diqqət çəkən platformalarından olan Ultrapari haqqında bütün detalları sizin üçün açıqlayırıq.
Mövcud oyunlar
Ultrapari Casino İcmalı
Ultrapari Casino 2025-ci ildə qurulan, Pestus Limited şirkətinə məxsus yeni onlayn kazinodur. Şirkət Britaniya Virciniya Adalarında qeydiyyatdan keçib və Anjouan tərəfindən verilmiş lisenziyaya sahibdir. Platforma əsasən Şərqi Avropa, Asiya və Afrika olmaqla, onlarla ölkədə fəaliyyət göstərir.
Saytın interfeysi müasir və istifadəsi rahat şəkildə hazırlanıb. Oyunlar kateqoriyalar və provayderlər üzrə qruplaşdırılıb. Platforma özü tamamilə Azərbaycan dilindədir və AZN ilə əməliyyatları dəstəkləyir. Qeyd edək ki, Ultrapari mobil tətbiqi ilə də oyunlar əlaçtandır.

Müsbət və Mənfi Tərəflər
Ultrapari Casino AZ ilə tanışlığım zamanı platformanın həqiqətən gözləntilərimdən daha yaxşı olduğunu müşahidə etdim. Amma bəzi çatışmayan məqamlar da var ki, hamısını növbəti bölmələrdə detallı şəkildə ələ alacağıq. Hələlik isə platformanın əsas üstünlükləri və zəif tərəflərinə qısaca baxaq.
Müsbət tərəfləri:
-
110 provayderdən 10000-dən çox oyun mövcuddur
-
Kapital Bank və m10 ilə AZN əməliyyatları mümkündür
-
İlk 4 depozit üzrə 2900 AZN-dək bonus və 150 pulsuz fırlatma
-
Azərbaycan dilində 24/7 fəaliyyət göstərən dəstək
-
Platforma geniş idman mərci bölməsinə sahibdir
Mənfi tərəfləri:
-
Böyük məbləğlər aylıq hissələrlə ödənilə bilər
-
Bonus mərc tələbləri bir qədər yüksəkdir
Oyun Kataloqu
Təbii ki, oyun kataloqunun genişliyi əksərimizin bir kazino seçimində baxdığı ilk şeylərdən biridir. Ultrapari online casino istifadəçiləri bu baxımdan şanslıdır. Burada oyun həvəskarlarını 10000-dən çox oyun gözləyir. Bu nəhəng kataloqda slotlar, canlı kazino, stolüstü oyunlar və crash oyunları kimi axtardığınız hər şeydən yer alır.
Slotlar bölməsindəki çeşidlilik xüsusilə diqqət çəkir. Burada klassik slotlardan Megaways mexanikasına, Hold and Win oyunlarına, Drops & Wins aksiyalarına, 3D slotlara və kaskad tipli oyunlara qədər hər zövqə uyğun seçim var. Aviatrix, Chicken Road 2 və Egypt Fire kimi Azərbaycanda populyar oyunları kataloqda tapmaq mümkündür.
Stolüstü oyun bölməsində rulet, blekcek, bakkarat, poker və keno kimi klassik oyunların onlarla variantı mövcuddur. Canlı kazino bölməsi isə Evolution kimi aparıcı provayderlərin masaları ilə real kazino atmosferi yaradır.
Əksər slot və stolüstü oyunlar üçün demo rejimi təklif olunur. Başqa sözlə, oyunları pulsuz şəkildə də test məqsədilə oynamaq olar. Oyunları masaüstü kompüterdən, iOS və Androi cihazlardan eyni keyfiyyətdə oynaya bilərsiniz.
Digər məşhur slots
Lisenziya və Provayderlər
Provayderlər baxımından Ultrapari Casino güclü təəssürat yaradır. Kataloqda Pragmatic Play, Evolution, Amusnet, EGT Digital, Spinomenal, Mancala Gaming və KA Gaming kimi tanınmış studiyaların oyunları yer alır. Ümumilikdə 110 provayder platformanın kataloqunu formalaşdırır. Bu provayderlərin hər biri lisenziyalıdır və oyunları ədalətli oyun standartlarına cavab verir.
Ultrapari Casino Anjouan hökuməti tərəfindən verilmiş (No. ALSI-202411072-FI2) lisenziya ilə fəaliyyət göstərir. Bu lisenziya operatorların sertifikatlı RNG istifadə etməsini tələb edir. Kazinonun təhlükəsizliyi ilə bağlı əlavə detallara növbəti bölümlərdə ətraflı toxunacağıq.
Bonus və Promosyonlar
Gəldik, çatdıq əksər oyunçular üçün ən maraqlı hissəyə. Ultrapari Casino bonusu sistemi həm yeni oyunçulara, həm də daimi müştərilərinə geniş promosyon kataloqu təklif edir. Çoxpilləli xoş gəldin paketindən VIP keşbekə qədər burada müxtəlif təkliflər mövcuddur. Aşağıda bonus proqramı haqqında kəşfiyyat xarakterli məlumat tapa bilərsiniz.
Xoş Gəldin Bonusu
Azərbaycandan olan yeni oyunçular Ultrapari Casino-ya üzv olduqda ilk 4 depozit üzrə bölünmüş 2900 AZN-dək bonus və 150 pulsuz fırlatmadan ibarət xoş gəldin paketi ala bilərlər. Cari bonus strukturu aşağıdakı kimidir:
- 1-ci depozit: 580 AZN-dək 100% bonus + 30 FS (Reliquary of Ra)
- 2-ci depozit: 660 AZN-dək 50% bonus + 35 FS (Admiral)
- 3-cü depozit: 780 AZN-dək 25% bonus + 40 FS (Juicy Fruits 27 Ways)
- 4-cü depozit: 880 AZN-dək 25% bonus + 45 FS (Rich of the Mermaid Hold and Spin)
Bonusu əldə etmək üçün 1-ci depozit üçün minimum 20 AZN, 2-4-cü depozitlər üçün isə minimum 30 AZN yatırmaq tələb olunur. Pulsuz fırlatmalar depozit bonusu oynanıldıqdan sonra aktivləşir.

Sadiq Oyunçular üçün Bonuslar
Ultrapari Casino-nun daimi oyunçuları üçün də xeyli təklif mövcuddur. Platformanın əsas davamlı təkliflərindən biri 3% həftəlik keşbekdir. Bununla birlikdə, hər çÇrşənbə günü nəzərdə tutulan "Bonus çərşənbəsi" adlı maraqlı bir aksiya mövcuddur.
Aktiv oyunçular üçün VIP keşbek proqramı və loyallıq sistemi də təqdim olunur. Ad gününüzdə isə xüsusi bonus qazanmaq imkanınız var. Bütün cari təklifləri görmək üçün "Promosyonlar" bölməsinə nəzər salmaq faydalı olacaq.
Mərc Bonusları və Promosyonları
İdman mərclərini üstün tutursunuzsa, Ultrapari sizi unutmur. İlk depozitinizdə 180 AZN-dək idman xoş gəldin bonusu ala bilərsiniz. Platforma "Günün ekspresi" və "100% ekspressin geri qaytarılması" kimi xüsusi ekspress mərc aksiyaları təklif edir. Avans mərci imkanı isə balansınız az olduqda belə mərc etməyə şərait yaradır.
Mərc Tələbləri
Bonusu real pula çevirmək üçün müəyyən dövriyyə şərti yerinə yetirilməlidir və bu şərt mərc terminologiyasında mərc tələbi adlanır. Ultrapari Casino-da əksər depozit bonuslarının mərc tələbi x35 təşkil edir və bu bir qədər yüksək dövriyyə tələbidir. Bu dövriyyə bonusun aktivləşməsindən sonra 7 gün ərzində tamamlanmalıdır. Mərc zamanı 10 AZN-dən artıq mərc etmək qadağandır.
Ultrapari Casino Qeydiyyat Prosesi
Əgər Ultrapari-də oynamaq qərara gəlmisinizsə, bir hesabı açmalı olacaqsınız. Yaxşı xəbər budur ki, bu proses sadədir və cəmi bir neçə addımda tamamlanır. Prosesi aşağıda addım-addım izah etdik:
- Ultrapari Casino girişi adresinə keçin və "Qeydiyyat" düyməsinə basın.
- Qeydiyyat üsulu kimi telefon nömrəsi, e-poçt və ya sosial şəbəkə seçin.
- Telefon nömrənizi daxil edin və SMS təsdiq kodunu göndərin.
- Valyuta növünü seçin və promo kodunuz varsa, onu uyğun xanaya daxil edin.
- Təsdiq kodunu daxil edin və "Qeydiyyatdan keçmək" düyməsi ilə prosesi tamamlayın.
Qeydiyyat zamanı istədiyiniz bonus növünü də seçə bilərsiniz. Sizə idman bonusu, kazino paketi və ya bonuslardan imtina variantları təqdim olunur. Daha sürətli qeydiyyat üçün Google, X, Telegram kimi hesablarınızı istifadə edə bilərsiniz.

Ultrapari Təhlükəsiz və Etibarlıdırmı?
Yeni kazinolarla bağlı istifadəçilərin bizə ünvanladığı sual məhz onun təhlükəsiz olub-olmaması ilə bağlı olur. Ultrapari Casino da yeni bir platforma olduğu üçün haqlı olaraq onunla da bağlı bənzər qayğıların ola biləcəyi başadüşüləndir. Ancaq Ultrapari ilə bağlı müsbət məqam onun kifayət qədər təhlükəsiz olmasıdır.
Platforma Anjouan hökuməti tərəfindən verilmiş (No. ALSI-202411072-FI2) lisenziya ilə fəaliyyət göstərir. Lisenziyanın etibarlılığı ictimai Anjouan reyestrindən yoxlanıla bilər. Onlar həmçinin SSL şifrələmə texnologiyasından istifadə edir. Bu texnologiya istifadəçilərin şəxsi və ödəniş məlumatlarının üçüncü tərəflərin əlinə keçməsinin qarşısını alır.
Oyunlar isə yalnız lisenziyalı provayderlərdən toplanıb və RNG (Təsadüfi Ədədlər Generatoru) texnologiyası ilə işləyir. Bu provayderlərin hər biri eCOGRA və ya iTechLabs kimi müstəqil audit şirkətləri tərəfindən müvafiq sertifikatlara sahibdir.
Müştəri Xidmətləri
Aydındır ki, nə qədər mükəmməl kazinoda oynayırıqsa oynayaq, zaman-zaman problemlərlə qarşılaşmağımız qaçınılmazdır. Problemlərdən qaça bilməsək də, keyfiyyətsiz dəstək xidməti təqdim edən platformalardan uzaq dura bilərik. Ultrapari isə belə platformalardan biri deyil, onlar kifayət qədər operativ xidmət göstərən keyfiyyətli dəstəyə sahibdir.
Tərcübəli əməkdaşlardan toplanan dəstək komandası 24/7 xidmətinizdədir. Onlar azərbaycanca, türkcə, rusca və başqa dillərdə xidmət göstərirlər. Dəstək komandası ilə əlaqə saxlamaq üçün siz, həmçinin [email protected] e-poçt ünvanına da yaza bilərsiniz.
Kazinoda aktiv oyunçular üçün əlavə üstünlüklər vəd olunur. Burada VIP oyunçular daha yüksək keşbek, fərdi təkliflər və prioritet xidmət kimi imtiyazlar əldə edirlər. Dəstək komandasını sınaqdan keçirərkən cavabların operativ və faydalı olduğunu müşahidə etdim.
Ödənişlər
Ultrapari-də istifadəçilər yerli ödəniş üsullarının da geniş əhatə olunduğu kassa tapacaqlar. Burada AZN (Azərbaycan Manatı) valyutasında m10, Kapital Bank və başqa yerli üsullardan tutmuş Visa, Mastercard və Bitcoin, Ethereum, USDT kimi kriptovalyutalara qədər geniş seçim mövcuddur.
Depozit Üsulları
Platformada depozitləriniz seçdiyiniz üsuldan asılı olmayaraq, adətən anında baş tutur. Mən saytda depozit edərkən heç bir komissiya tutulmadı. Ən populyar depozit üsullarını aşağıdakı cədvəldə tapa bilərsiniz:
Ödəniş üsulu
| Logo | Name | İcra müddəti | Hər əməliyyat üçün limitlər |
|---|---|---|---|
|
|
VISA | Anında | 10 AZN / 15000 AZN |
|
|
MASTERCARD | Anında | 10 AZN / 15000 AZN |
|
|
BANKTRANSFER | Anında | 10 AZN / 5000 AZN |
|
|
Binance | Anında | 1.70 AZN / 849300 AZN |
|
|
BITCOIN | Anında | 13.77 µBTC |
|
|
ETHEREUM | Anında | 5.00 mETH |
|
|
Solana | Anında | 11.89 mSOL |
|
|
Tron | Anında | 10 TRX |
|
|
TETHER | Anında | 15 USDT |
|
|
DOGECOIN | Anında | 12.5 DOGE |
Çıxarış Üsulları
Ultrapari Casino-da çıxarış üsulları üçün də geniş çeşidlilik var. İstifadəçilər hesablarını təsdiqlədikdən sonra uduşlarını ala bilərlər. Kripto çıxarışları isə adətən daha sürətli tamamlanır. Detallar aşağıdakı cədvəldə verilib:
Ödəniş üsulu
| Logo | Name | İcra müddəti | Hər əməliyyat üçün limitlər |
|---|---|---|---|
|
|
VISA | 10 dəqiqə | 20 AZN / 5000 AZN |
|
|
MASTERCARD | 10 dəqiqə | 20 AZN / 5000 AZN |
|
|
Binance | 10 dəqiqə | 1.70 AZN / 849300 AZN |
|
|
BITCOIN | 10 dəqiqə | 13.77 µBTC |
|
|
ETHEREUM | 10 dəqiqə | 5.00 mETH |
|
|
Solana | 10 dəqiqə | 11.89 mSOL |
Limitlər
Platformada minimum depozit yerli üsullarla 10 AZN-dən başlayır. Maksimum limitlər isə ödəniş üsuluna əsasən dəyişir. Qeyd etmək lazımdır ki, 50000 AZN-dən yüksək uduşlar aylıq hissələrlə ödənilə bilər. Daha elastik limitlər üçün kriptovalyutalar tövsiyəolunandır. Dəqiq cari limitləri hesabınızdakı ödəniş bölməsindən yoxlamağınız tövsiyə olunur.
Ultrapari Casino Saytı və Tətbiqi
Mobildən oynamağı arzulayanlar üçün Ultrapari Casino əla mobil sayta sahibdir. Sayt telefon və planşet ekranlarına yaxşı uyğunlaşır. Mobil versiyada masaüstü platformanın bütün xüsusiyyətlərini də özündə saxlayır. Burada oyunları oynaya, balansınızı artıra və ya çıxarış edə, eləcə də dəstək xidməti ilə əlaqə saxlaya bilərsiniz.
Ultrapari həm də Android üçün hazırlanmış xüsusi bir tətbiqə sahibdir. Onu APK formatında cihazınıza quraşdıra və bildirişlər, artırılmış təhlükəsizlik, xüsusi bonuslar kimi əlavə üstünlüklərdən yararlana bilərsiniz. iOS cihaz sahibləri isə saytı cihaz ana ekranına PWA (Proqressiv Veb Tətbiq) olaraq əlavə etmək imkanına malikdirlər.
Ultrapari Casino-da Oyunçu Qorunması və Məsuliyyətli Oyun
Komandamız sizə yalnız lisenziyalı və məsuliyyətli oyun alətlərinə sahib platformaları təklif edir. Ultrapari Casino da öz oyunçularına məsuliyyətli oyunu təşviq etmək adına bir sıra faydalı funksiyalar təklif edir. Burada oyunçular hesabları üçün depozit və itki limiti təyin edə bilərlər. İstədikdə isə hesabı müvəqqəti və ya birdəfəlik dondurmaq imkanı var. Qeyd etmək zəruridir ki, Ultrapari yalnız 18 yaş üstü şəxslərə xidmət göstərir. Hər zaman büdcə limitləri təyin edin və məsuliyyətli oyun prinsiplərinə əməl edin.
Yekun Rəy
Ultrapari icmalı platforma haqqında bilməli olduqlarınızı dürüst bir şəkildə sizə çatdırdığını düşünürük. Kazino haqqında yekun rəyimiz nədir deyə soruşursunuzsa, deyə bilərik ki, Ultrapari Casino Azərbaycan oyunçuları üçün sınamağa dəyər bir platformadır. Bəzi xoşagəlməz məqamlar olsa da, platformanın kifayət qədər güclü tərəfləri var. Ən əsası o lisenziyalı və təhlükəsizliyə önəm verən bir platformadır.
Tez-tez verilən suallar
Bəli, Ultrapari Casino təhlükəsizlik baxımından lazımi meyarlara əməl edən bir kazino saytıdır. Pestus Limited tərəfindən idarə olunan platforma Komor Adalarının rəsmi tənzimləmə orqanı olan Anjouan tərəfindən etibarlı lisenziyaya sahibdir.
Platforma müasir SSL şifrələmə texnologiyasından istifadə edir və sayta təqdim olunan şəxsi məlumatları qoruma altına alır. Saytda Pragmatic Play, Evolution və Amusnet kimi tanınmış provayderlərin oyunları mövcuddur. Bu oyunların hamısı RNG sistemi ilə işləyir.
Bu Ultrapari Casino icmalı bizə onu deməyə əsas verir ki, platforma fırıldaqçı deyil. Platforma lisenziya əsasında fəaliyyət göstərir və istifadəçi məlumatlarını qoruyur. Müstəqil platformalar tərəfindən verilən rəylərdə də onun qanunsuzluğu haqqında ciddi məlumat yoxdur.
Ultrapari Casino-nun sahib olduğu Anjouan lisenziyası ona beynəlxalq səviyyədə fəaliyyət göstərmək imkanı verir. Lakin bu lisenziya bütün ölkələrdə etibarlı lisenziya kimi qəbul edilməyə bilər. Yaşadığınız ölkədəki müvafiq qanunvericiliyi nəzərdən keçirməyiniz tövsiyə olunur.