FS Casino 2026
Regionunuzda mövcud olan kazinoları yoxlayın
Vulkanbet Casino
Kazino sizin ölkədə mövcud deyil
| Sahibi | INNOVATIONS N.V. |
| Qurulduğu tarix | 2019 |
| Lisenziya | Curaçao No. OGL/2024/767/0360 |
| Oyunların sayı | 9 400+ |
| Ən yaxşı oyunlar | Big Bass Bonanza, Demi Gods VII, Gates of Olympus, Hell Hot 100, Aviator, Wild Tiger |
| Proqram təminatçıları | Amusnet, Pragmatic Play, BGaming, NetEnt, Spinomenal, Yggdrasil və 68 digəri |
| Qəbul edilən ölkələr | Azərbaycan, Türkiyə, Hindistan, Kanada, İrlandiya və s. |
| İcra müddəti | 0-48 saat |
| Maksimum Cekpot | 1 345 000 AZN |
| Qəbul edilən valyutalar | AZN, TRY, INR, USD, CAD, EUR |
| Ödəniş üsulları | Visa, Mastercard, MuchBetter, Bitcoin, USDT, Ethereum, Litecoin və s. |
| Ödəniş % | 97,02% |
| Ən az depozit | 10 AZN |
FS Casino AZ adını daha əvvəl eşitmişdiniz? Əgər cavabınız xeyrdirsə, narahat olmayın, bu icmalda platforma haqqında bilməli olduğunuz bütün əsas detalları sıfırdan öyrənəcəksiniz. Yox əgər, FS Casino ilə artıq tanışlığınız varsa, bu dəfə onun bonusları, oyun kataloqu, təhlükəsizlik səviyyəsi və real üstünlükləri barədə daha obyektiv və detallı analizlə tanış olmaq imkanınız olacaq.
Mövcud oyunlar
FS Casino İcmalı
FS Casino 2019-cu ildən fəaliyyət göstərən və son illərdə Azərbaycan daxil olmaqla, bir çox ölkədə populyarlıq qazanan onlayn kazinodur. Platforma Azərbaycan, Türkiyə, Hindistan, Kanada və digər regionlarda istifadəçilərə xidmət göstərir. Geniş oyun kataloqu, yüksək bonuslar və çoxsaylı ödəniş üsulları sayəsində FS Casino qısa müddətdə beynəlxalq auditoriya formalaşdırmağı bacarıb.
Saytın interfeysi müasir və istifadəsi rahat şəkildə hazırlanıb. Ana səhifədə idman mərcləri, kazino və e-idman bölmələri ayrıca kateqoriyalar şəklində təqdim olunur. Populyar oyunlar ayrıca vitrində göstərilir və mobil cihazlarda da sayt kifayət qədər rahat işləyir.

Müsbət və Mənfi Tərəflər
Bu FS Casino icmalı boyunca platformanın həm güclü, həm də zəif tərəflərini mümkün qədər obyektiv şəkildə analiz edəcəyik. Ancaq uzun detallara keçməzdən əvvəl, gəlin, kazinonun əsas üstünlükləri və çatışmazlıqlarına qısa şəkildə nəzər salaq:
Müsbət Tərəfləri
-
Curaçao lisenziyası ilə təhlükəsiz platforma
-
9400+ oyundan ibarət geniş oyun kataloqu
-
Səxavətli xoş gəldin bonusları
-
Android tətbiqi və mobil optimizasiya olunmuş sayt
-
Yüksək həcmli depozit və çıxarış limitləri
Mənfi Tərəfləri
-
Evolution Gaming provayderi yoxdur
-
Azərbaycan dilində canlı dəstək hələ mövcud deyil
Oyun Kataloqu
FS online casino oyun həvəskarlarını kifayət qədər geniş seçimlə qarşılayır. Platformanın kataloqunda 9,400-dən çox oyun mövcuddur və onların böyük hissəsini slotlar təşkil edir. Burada klassik 3 çarxlı slotlardan tutmuş Megaways, Bonus Buy, Drops & Wins və progresiv cekpot slotlarına qədər fərqli janrlarda oyunlar tapmaq mümkündür. Azərbaycanlı oyunçular arasında populyar olan Sweet Bonanza, Gates of Olympus, Demi Gods VII və Aviator kimi hit oyunlar da kataloqda yer alır.
Nəhəng kataloqda, həmçinin 100-dən çox stolüstü oyun var. Burada rulet, blekcek, bakkarat, poker və digər klassik stolüstü oyunlarını hər büdcəyə uyğun limitlərlə oynaya bilərsiniz. Canlı kazino bölməsi isə digər kateqoriyalarla müqayisədə bir qədər daha məhduddur. Burada ümumilikdə 60-dan çox canlı oyun mövcuddur. Lakin əsas canlı kazino oyun növlərinin əksəriyyəti platformada əlçatan olduğunu deyə bilərik.
FS Casino oyun kataloqunda yer alan slotların və masaüstü oyunların əksərini demo rejimdə oynamaq mümkündür. Yəni heç bir pul riskə atmadan oyunları sınaya bilərsiniz. Oyunların mütləq əksəri mobil dostudur və həm Android, həm də iOS cihazlarda oynanıla bilər.
Digər məşhur slots
Lisenziya və Provayderlər
FS Casino oyun kataloqunun formalaşdırılmasında ümumilikdə 74 fərqli provayder iştirak edir. Platformada Amusnet, Pragmatic Play, BGaming, NetEnt, Spinomenal və Yggdrasil kimi sektorun tanınmış şirkətlərinin oyunlarına rast gəlmək mümkündür. Provayder çeşidi ümumilikdə kifayət qədər güclü təsir bağışlayır. Tək çatışmazlıq isə canlı kazino seqmentində bazarın ən məşhur adlarından biri olan Evolution Gaming-in kataloqda yer almamasıdır.
Lisenziyaya gəldikdə isə, FS Casino Curaçao eGaming lisenziyası əsasında fəaliyyət göstərir. Curaçao uzun illərdir onlayn kazino sektorunda ən məşhur beynəlxalq lisenziyalardan biridir və operatorların müəyyən təhlükəsizlik və şəffaf oyun qaydalarına əməl etməsini tələb edir. Bu baxımdan FS Casino lisensziyalı və tənzimlənən mühitdə fəaliyyət göstərən platformadır, amma hüquqi statusunun ölkədən ölkəyə dəyişə biləcəyini unutmayın.

Bonus və Promosyonlar
Doğrusunu demək lazımdırsa, FS Casino-nun rəqiblərindən ən böyük üstünlüklərindən biri bonus sistemidir. FS Casino həqiqətən səxavətli bir kazino necə olmalıdır sualına nümunə göstərilə biləcək bir bonus proqramına sahibdir. Burada iki növ xoş gəldin bonusu, təkrar depozit bonusları, keşbek, doğum günü bonusu və başqa promosyonlar mövcuddur. Aşağıda onlardan bir neçəsini birlikdə nəzərdən keçirəcəyik, ancaq bütün FS Casino bonusu təklifləri üçün "Promosyonlar" səhifəsini ziyarət etməyiniz lazımdır.
Xoş Gəldin Bonusu
Yeni istifadəçilər FS kazinoda qeydiyyatdan keçdikdə ilk depozitləri üzrə iki fərqli təklifdən birini seçmək imkanına sahibdirlər. Kazino oyunları və idman mərcləri üzrə cari təklif aşağıdakı kimidir:
- Kazino bonusu: 500 AZN-dək 450% + 400 FS
- İdman mərc bonusu: 500 AZN-dək 350% + 10 AZN fribet
Kazino bonusu istifadəçiyə ilk dört depoziti üzrə, idman mərc bonuus isə ilk iki depoziti üzrə verilir. Kazino bonuslarında mərc tələbi x40, idman bonuslarında isə x10 olaraq müəyyən edilib. Bonusların aktivləşdirilməsi üçün istifadəçilər qeydiyyatdan sonra maksimum 5 gün ərzində promosyonu aktiv etməli və tələb olunan minimum depozitləri etməlidirlər.
Sadiq Oyunçular üçün Bonuslar
FS Casino-da klassik mənada VIP klub mövcud deyil. Buna baxmayaraq, saytda missiya sistemi mövcuddur. Siz müxtəlif missiyaları tamamlayaraq fribet, frispin və depozit bonusları qazana bilərsiniz.
Bundan əlavə, mövcud oyunçular hər həftə kazinoda itirdikləri vəsaitə görə 4000 AZN-dək keşbek əldə etmək imkanına sahibdir. Həftənin müxtəlif günlərində etdiyiniz depozitlər üçün isə müxtəlif miqdarlarda bonuslar ala bilərsiniz.
Mərc Bonusları və Promosyonları
FS Azərbaycan idman mərc həvəskarlarını da unutmur. Əgər bonusla mərc etmək istəyirsinizsə, o zaman hər Cümə 400 AZN-dək depozitləriniz üçün 100% bonus əldə edə bilərsiniz. Eyni zamanda, burada Çempionlar Liqası, EuroLeague kimi idman müsabiqələri üzrə nəzərdə tutulan mövsümi promosyonlar da tapmağınız mümkündür.
Mərc Tələbləri
Bilməyənlər üçün qeyd edək ki, mərc tələbi bir bonusu real pula çevirmək üçün nə qədər dövriyyə etdiyinizi göstərən bir indiqatordur. Məsələn, 10x mərc tələbi o deməkdir ki, bonusunun 10 qatı qədər (udub-uduzmaqdan asılı olmayaraq) mərclər etməlisiniz. FS Casino-da təqdim olunan bonusların mərc tələbləri ümumilikdə orta səviyyə hesab oluna bilər. Kazino bonuslarında bu göstərici daha yüksək olsa da, idman mərc bonuslarında nisbətən daha rahat şərtlər tətbiq olunur.
FS Qeydiyyat Prosesi
Qeydiyyat prosesi deyərkən adətən ağla yorucu və bürokratik proseslər gəlir. Ancaq FS Casino bu stereotipi qıraraq istifadəçilərə çox sürətli şəkildə hesab yaratmaq imkanı verir. Yeni istifadəçilər aşağıdakı təlimatı izləyərək bir neçə sadə addımla hesablarını yarada bilərlər:
- FS Casino girişi edin və “Qeydiyyat” düyməsini açın.
- Qeydiyyat üsulu kimi e-poçt və ya telefon üsulunu seçin.
- E-poçt ünvanınızı və ya telefon nömrənizi daxil edin və hesabınız üçün bir şifrə yaradın.
- Hesab valyutasını seçin (məsələn, AZN) və promo kodunuz varsa, onu “Promo code” bölməsinə yazın.
- İstədiyiniz xoş gəldin bonusunu seçin: Kazino (480% + 400 FS) və ya İdman bonusu (350% + 10 AZN fribet).
- 18 yaşdan yuxarı olduğunuzu və platformanın qaydaları ilə razı olduğunuzu bildirən qutucuğu işarələyin.
- Növbəti səhifədə ad, soyad, doğum tarixi və adres məlumatlarını daxil edib, qeydiyyatı tamamlayın.
Daha sürəti şəkildə qeydiyyatdan keçmək üçün həmçinin Google, X, TikTok kimi sosial mediya hesablarınızı istifadə edə bilərsiniz.
FS Təhlükəsiz və Etibarlıdırmı?
Hər zaman etdiyimiz kimi, bu FS icmalı hazırlayarkən də ən çox diqqət yetirdiyimiz nöqtə onun təhlükəsizliyi idi. Sonda qeyd etməli olduğumuz şeyi əvvəldən deyək ki, FS Casino tam təhlükəsiz bir oyun platformasıdır. Bunun ilk səbəbi, artıq bəhs etdiyimiz kimi, kazinonun Curaçao eGaming tərəfindən verilmiş (Curaçao No. OGL/2024/767/0360) lisenziyasıdır.
Digər önəmli bir indiqator isə kazinonun saytının SSL şifrələmə texnologiyası ilə qorunmasıdır. SSL, sistem istifadəçilərin şəxsi məlumatlarının, ödəniş məlumatlarının və hesab əməliyyatlarının üçüncü tərəflər tərəfindən ələ keçirilməsinin qarşısını almağa kömək edən mühim bir texniki təhlükəsizlik alətidir.
Etibarlılıq baxımından vacib məqamlardan biri də oyunların şəffaf işləmə prinsipidir. FS-da təqdim olunan slot və kazino oyunlarının hamısı lisenziyalı provayderdən gəlir və RNG (Random Number Generator) sistemi ilə işləyir. Bu texnologiya nəticələrin tam təsadüfi formalaşmasını təmin edir.
Müştəri Xidmətləri
Deyirlər ki, problem bitəndə həyat da bitir. Yəni problemlər həyatımızın ayrılmaz bir hissəsdir, bu elə onlayn kazinolardakı təcrübəmizə də aiddir. Əsas olan problemlərin operativ qaydada həll olunmasıdır ki, FS Casino AZ da məhz bunu istifadəçilərinə vəd edir. Kazinonun dəstək komandası 24/7 fəaliyyətdədir və yarana biləcək hər hansı sual və problem zamanı sizə kömək etməyə hazırdır.
Daha texniki bir problemlə qarşılaşmısınız? O zaman [email protected] adresinə yazmağınız daha faydalı ola bilər. Dəstək komandası ümumilikdə operativ və yardımsevər təəssüratı yaradır. Hazırda xidmət əsasən rus və ingilis dillərində təqdim olunur və Azərbaycan dili dəstəyi hələ mövcud deyil. Bununla belə, platformanın Azərbaycan bazarında aktiv şəkildə böyüməsini nəzərə alsaq, gələcəkdə azərbaycandilli dəstəyin əlavə olunması da ehtimalı yüksək görünür.
Ödənişlər
FS kazino yerli ödəniş üsulları ilə zəngin olmasa da, depozit və çıxarışlarınızı həyata keçirmək üçün yetəri qədər ödəniş üsulu var. Əməliyyatları komissiyasız və AZN valyutası ilə etmək mümkündür. Daha ətraflı aşağıdakı bölmələrdə məlumat tapa bilərsiniz.
Depozit Üsulları
Azərbaycanlı istifadəçilər platformaya bank kartları, MuchBetter və çoxsaylı kriptovalyutalar vasitəsilə depozit edə bilərlər. Depozit prosesi seçilən üsuldan asılı olmayaraq, dərhal baş tutur. Mövcud depozit üsulları, əməliyyatların emal müddəti və limitlər ilə aşağıdakı cədvəl tanış ola bilərsiniz:
Ödəniş üsulu
| Logo | Name | İcra müddəti | Hər əməliyyat üçün limitlər |
|---|---|---|---|
|
|
VISA | Anında | 20 AZN |
|
|
MASTERCARD | Anında | 20 AZN |
|
|
MUCHBETTER | Anında | 10 AZN |
|
|
BITCOIN | Anında | 17 AZN |
|
|
TETHER | Anında | 10 AZN |
|
|
Binance | Anında | 10 AZN |
|
|
ETHEREUM | Anında | 20 AZN |
|
|
LITECOIN | Anında | 10 AZN |
|
|
USD coin | Anında | 10 AZN |
Çıxarış Üsulları
Çıxarış üçün mövcud olan üsullar depozit üsulları ilə eynilik təşkil edir. FS Casino-da çıxarışların emalı isə məbləğdən asılı olaraq dəyişir. Lakin daha kiçik məbləğlər üçün bu müddət 48 saat təşkil edir. Çıxarıışı üsullarının detalları haqqında daha ətraflı aşağıdakı cədvələ baxın:
Ödəniş üsulu
| Logo | Name | İcra müddəti | Hər əməliyyat üçün limitlər |
|---|---|---|---|
|
|
VISA | 1-48 saat | 100 AZN |
|
|
MASTERCARD | 1-48 saat | 100 AZN |
|
|
MUCHBETTER | 1-48 saat | 20 AZN |
|
|
BITCOIN | 1-48 saat | 20 AZN |
|
|
TETHER | 1-48 saat | 20 AZN |
|
|
LITECOIN | 1-48 saat | 20 AZN |
|
|
ETHEREUM | 1-48 saat | 20 AZN |
|
|
USD coin | 1-48 saat | 20 AZN |
Limitlər
Əksər analiz etdiyim kazinolarda olduğu kimi, FS Casino-da da limitlər ödəniş üsuluna əsasən dəyişir. Ümumilikdə depozit etmək üçün ən azı 10 AZN, çıxarış etmək üçün isə ən azı 20 AZN-ə sahib olmağınız lazımdır. Maksimum limit isə bank kartları üçün 100 000 AZN ikən, kriptovalyutalar ilə 1 000 000 AZN-ə qədər yüksələ bilir. Cari limitlər barədə ən dəqiq məlumatı isə FS Casino hesabınızdakı “Cüzdan” bölməsindən yoxlamağınız tövsiyə olunur.
FS Casino Saytı və Tətbiqi
Açığını desəm, şəxsən mənim üçün bir onlayn kazinoda ən önəmli şeylərdən mobil üçün nə qədər uyğunlaşdırılmış olmasıdır. FS Casino Azərbaycan bu baxımdan gözləntilərimi qarşılayan bir kazinodur. Onlar Android üçün APK formatında yükləyə biləcəyiniz bir tətbiqə sahibdir. Amma tətbiq quraşdırmaq istəmirsinizsə və ya iOS istifadə edirsinizsə, elə mobil sayt üzərindən də oynaya bilərsiniz. Kazinonun mobil saytı sizə veb versiyada olan bütün oyun və xidmətləri elə telefon üzərindən də oynamaq imkanı verəcək.

FS Casino-da Oyunçu Qorunması və Məsuliyyətli Oyun
Bütün etibarlı oyun platformaları kimi, FS Casino da öz oyunçularını məsuliyyətlə oynamağa təşviq edir və yalnız itirilməsi maliyyə vəziyyətinə təsir etməyəcək məbləğlərlə oynamağı tövsiyə edir. Məsuliyyətli oyun siyasəti çərçivəsində FS Casino AZ istifadəçilərə hesablarına depozit limiti təyin etmək, müəyyən müddətlik özünü kənarlaşdırmaq, yaxud hesabını tam bağlanmaq alətləri təqdim edir. Platforma həmçinin problemli oyun davranışı ilə qarşılaşan istifadəçilərə [email protected] vasitəsilə yardım göstərir. 18 yaş altında olan şəxslərin platformadan istifadəsi qəti şəkildə qadağandır.
Yekun Rəy
Fikrimcə, ümumilikdə FS Casino əksər aspektlərdə müsbət təəssürat yaradan bir platformadır. 9400+ oyun, səxavətli promosyonlar və yüksək limitlər oyunçular üçün böyük üstünlük hesab oluna bilər. Amma obyektivlik naminə platformanın Azərbaycan bazarında hələ nisbətən yeni olduğunu və bəzi sahələrdə inkişaf etməli olduğunu da qeyd etmək lazımdır. Xüsusilə lokalizasiya tərəfi – Azərbaycandilli dəstək, daha çox yerli ödəniş üsulu və Azərbaycan auditoriyasına uyğunlaşdırılmış xidmətlər gələcəkdə gücləndirilə bilər. Yekun olaraq, FS Casino 2026-cı ildə Azərbaycanlı oyunçular üçün mütləq nəzərdən keçirməyə dəyər bir platforma olduğu söylənilə bilər.
Tez-tez verilən suallar
Bəli, FS Casino istifadəçi məlumatlarını qorumaq üçün SSL şifrələmə texnologiyasından istifadə edir. Platformada ödəniş əməliyyatları da yalnız etibarlı provayderlər vasitəsilə həyata keçirilir.
FS Casino Curaçao lisenziyası əsasında fəaliyyət göstərir. Yəni onun fəaliyyəti bu qurumun qayda və standartları əsasında həyata keçirilir. Bu baxımdan etibarlı bir platforma olduğu deyilə bilər.
Platforma yalnız tanınmış və lisenziyalı oyun provayderləri ilə əməkdaşlıq edir. Saytdakı oyunların RNG sistemi ilə işləyir ki, bu da nəticələrin təsadüfi və ədalətli olduğunu göstərir. Bizim bu icmalda gəldiyimiz nəticə FS kazinonun təhlükəsiz və etibarlı olması istiqamətindədir.
Tanınmış bir qurumdan lisenziya ilə fəaliyyət göstərdiyi üçün hüquqi çərçivədə işləyən onlayn kazino hesab olunur. Buna rəğmən, onlayn kazino oyunlarının hüquqi statusu ölkədən ölkəyə dəyişə bildiyi üçün yerli qanunvericiliklə tanış olmağınız tövsiyə olunur.